“Neftçi”də qalmaq istəməyən futbolçu hara istəsə, gedə bilər”

“Neftçi”də qalmaq istəməyən futbolçu hara istəsə, gedə bilər”
ÖLKƏ FUTBOLU 20 May 2012 / 10:47 3346
-  A +

“Bizdə heç bir legioner cızığından çıxmağa çəsarət edə bilməz”. Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Nefrçi”nin vitse-prezidenti Tahir Süleymanov klubun bəzi futbolçularının “Bakı”ya qarşı kubokun final oyununda intizam hərəkətlərinə münasibət bildirərkən deyib.

O, Denis Silvanın ikinci sarı vərəqə alaraq meydanı tərk etməsini bu futbolçunun aqressivliyi, məğlub olmaq istəməməsiylə izah edib: “Təkcə Denis Silva deyil, bütün komanda gərgin durumda idi. İkincisi də, oyunu idarə etmiş Əliyar Ağayevin Denisin hərəkətini qayda pozuntusu kimi qeydə alması da doğru deyildi”.

Slavço Georgievskinin əvəzləndikdən sonra qarşılaşmanı ehtiyyat skamyadan deyil, birbaşa tribunadan izləməsinə toxunan Tahir Süleymanov deyib: “Slavço fasilə zamanı, paltardəyişmə otağında əvəzlənib. Buna görə də futbolçunun yenidən meydançaya qayıtmadı”.
 Bu futbolçularla  “Neftçi” müqaviləni təzələyib-təzələməyəcəyinə aydınlıq gətirən Süleymanov, hansı futbolçuların komandada qalmasına yaxın günlərdə aydınlıq gələcəyini bildirib: “Biz son iki mövsüm “Neftçi”nin çempion olmasında əməyi keçən futbolçulara öz minnətdarlığımızı bildiririk. Kimlərin komandada qalıb, kimlərin ayrılacağı məşqçilər korpusunun qərarından sonra, maksimum bu ayın sonuna qədər məlum olacaq. Bizimlə müqaviləsi bitən futbolçular sərbəstdilər. İstənilən futbolçu istənilən kluba keçə bilər. “Neftçi”də qalmaq istəməyən futbolçu hara istəsə, gedə bilər. Nadir hallarda  olur ki, futbolçu  karyerasını bir komandada başa vursun”.

 Əli HƏYATİ

Daha çox


Son xəbərlər