“Xəzər Lənkəran” və “Qarabağ”ın sabiq futbolçusu futbola qayıdır

“Xəzər Lənkəran” və “Qarabağ”ın sabiq futbolçusu futbola qayıdır
PREMYER LİQA 17 May 2012 / 18:40 6812
-  A +

“Zədələnəndən sonra futbolu buraxmaq qərarına gəlmişdim. Ancaq dostum Vüqar Nadirovun məsləhəti ilə “Qarabağ”da çalışan Murad həkimin yanına getdim və sağ olsun sağalmaqda mənə çox kömək etdi”.
 
Bu sözləri Qol.Az-a açıqlamasında bir müddət bundan əvvəl karyerasını  bitirdiyini açıqlayan Rəşad Kərimov deyib.

“Xəzər Lənkəran”, “Qarabağ” kimi iddialı klubların şərəfini qoruyan Kərimov artıq məşqlərə də başladığını bildirib: “Fərdi məşqlərə başlamışam, ayağımda heç bir ağrı hiss etmirəm. Açığı, evdən futbola qayıtmağımı istəmirdilər amma, özüm təkid etdim. Formamı bərpa edəndən sonra hansısa klubla danışıqlara başlayacam. Hətta gedib baxışdan da keçməyə hazıram”

Qeyd edək ki, 26 yaşlı futbolçu karyerasına Sumqayıtın “Gənclərbirliyi” klubunda başlayıb. Sonradan “Xəzər Lənkəran”a keçib, orada ölkə kubokunu qazanıb. 2008-ci il ölkə kubokunun finalında “Xəzər Lənkəran”ın “MKT-Araz”i 1:0 məğlub etdiyi matçda  lənkəranlıların yeganə qoluna imza atıb. Sonradan Ağasəlim Mircavadovla problem yaşayıb və Qurban Qurbanovun dəvətiylə “Qarabağ” keçib. Son klubu isə “Sumqayıt” olub.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi