“Sumqayıt”ın prezidenti: “Rəsmi olaraq, heç kimlə danışıq aparmırıq”

“Sumqayıt”ın prezidenti: “Rəsmi olaraq, heç kimlə danışıq aparmırıq”
ÖLKƏ FUTBOLU 17 May 2012 / 17:30 1847
-  A +

"Ruslan Poladovun “Sumqayıt”la razılığa gəldiyinə dair informasiyalar həqiqəti əks etdirmir".

Qol.Az-a açıqlama verən Sumqayıt klubunun prezidenti Kamran Quliyevin yayılan xəbərlərə münasibəti qısa olub: “Hazırda rəsmi olaraq, heç bir futbolçuyla danışıq aparmırıq. Odur ki, kiminləsə razılığa gəldiyimizə dair məlumatlar da həqiqəti əks etdirmir”.

Qeyd edək ki, əslən sumqayıtlı olan Ruslan müqavilə ilə “İnter”ə məxsus olub və “Simurq”da icarə əsasında çıxış edib. 33 yaşlı yarımmüdafiəçi  hazırda azad agent statusuna malikdir. Belə ki, “İnter” onunla müqavilənin müddətini uzatmayıb.

Daha çox


Son xəbərlər