Araz Abdullayev “Neftçi”yə qayıdır

Araz Abdullayev “Neftçi”yə qayıdır
ÖLKƏ FUTBOLU 16 May 2012 / 16:22 2747
-  A +

“Neftçi” sabiq futbolçusu Araz Abdullayevi yenidən heyətinə qatır.
 
Paytaxt klubunun vitse-prezidenti Tahir Süleymanovun Qol.Az-a verdiyi məlumata görə, artıq bununla bağlı danışıqlar gedir:  “Bilirsiniz ki, Araz müqavilə ilə “Everton”a məxsusdur və hazırda icarə əsasında “Panionios”də forma geyinir. Yunan klubu futbolçunu daha bir il heyətində saxlamaq istəyir. Ancaq bizim baş məşqçimiz Böyükağa Hacıyev də Arazı sərəncamında görmək istəyir. Yəqin ki, məsələ tezliklə həll olunacaq və Araz ən azından bu ilin sonuna kimi “Neftçi”nin formasını geyinəcək”.

Qeyd edək ki, dönüş baş tutarsa, Araz Çempionlar Liqasında "Neftçi"yə kömək edə biləcək.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi