Ceyhun Sutanov: “Məndən 10 gün vaxt istəyiblər”

Ceyhun Sutanov: “Məndən 10 gün vaxt istəyiblər”
ÖLKƏ FUTBOLU 16 May 2012 / 12:16 2080
-  A +

“Kəpəz”lə müqaviləmin müddəti artıq başa çatıb. Lakin rəhbərlik komandada qalmağımı istəyir. Hələlik onların irəli sürəcəyi təkliflər barədə danışmamışam. Hər şey klubun şərtlərindən asılı olacaq”.

Qol.Az saytına açıqlamasında bu sözləri “Kəpəz” klubunun yarımmüdafiəçisi Ceyhun Sultanov deyib:

Digər klublardan təkliflər olduğunu bildirən Sultanov bunları söyləyib: “Bəli, təklif göndərən klublar var. Lakin onlar məndən 10 gün vaxt istəyiblər. Təklif göndərən komandalar içərisində həm ilk “altılıq” həm də, ikinci “altılıq”da çıxış edən klublar var. Hələ, onların adlarını açıqlamaq istəməzdim. Mən karyeramı futbol oynayaraq başa vurmaq istəyirəm, ehtiyatda qalmaqla yox. Karyeranı oynamayaraq qurtarırsansa, bu, xoşagələn olmur”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi