Rusiya telekanalları hələ AFFA-ya müraciət etməyib

XƏBƏR 24 Aprel 2009 / 18:13 2218
-  A +

İyunun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycanla İspaniya arasında keçiriləcək yoldaşlıq görüşünü Rusiya telekanalları da yayınlamaq istəyir. Lakin Qol.Az-a verdiyi açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Deportamentinin sədri Mikayıl Nərimanoğlu hələ ki bununla bağlı qonşu ölkədən onlara konkret təklif olunmadığını bildirib: “Millinin bütün oyunlarının yayın hüququ AFFA-dadır. Əgər Rusiya telekanalları İspaniya ilə yoldaşlıq görüşümüzü yayınlamaq istəyirlərsə o zaman bizə rəsmi surətdə müraciət etməlidirlər. Hələ ki, belə bir müraciət olunmayıb”. M.Nərimanoğlu ispanlarla da yayın məsələsində hələ razılıq əldə olunmadığını, bu məsələdə danışıqların aparılacağını bildirdi.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi