Berti Foqts mayın 4-dək Bakıda qalacaq

Berti Foqts mayın 4-dək Bakıda qalacaq
XƏBƏR 24 Aprel 2009 / 16:27 2246
-  A +

Dünən milli komandamızın təlim-məşq toplanışına yekun vuruldu. Millinin hazırlıq prosesinə cəlb olunan futbolçular da klublarının düşərgəsinə yollandılar. Millimizin baş məşqçisi Berti Foqts isə hələ vətəninə yollanmağa tələsmir. Almaniyalı mütəxəssis mayın 4-dək Bakıda qalacaq. Qol.Az-a bu haqda AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib. Çempionatın sonu yaxınlaşdığından, eləcə də kubokda mübarizə həlledici mərhələyə qədəm qoyduğundan, şübhəsiz qarşıda bizi bir-birindən maraqlı qarşılaşmalar gözləyir. Berti Foqts da məhz bu amili nəzərə alaraq, mayın 4-dək paytaxtımızda qalmağa qərar verib. Təcrübəli məşqçi bu müddət ərzində paytaxtda, eləcə də bölgələrdə keçiriləcək çempionat və kubok oyunlarını canlı izləyərək, milli üzvlərinin durumlarıyla yaxından tanış olacaq.       

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi