“Bakı” “Qəbələ” önünə 4 aparıcı futbolçusuz çıxacaq

XƏBƏR 23 Aprel 2009 / 19:29 2423
-  A +

Ötən tur “Xəzər-Lənkəran”a məğlub olmaqla çempionluq yolunda zərbə alan “Bakı” iddiasını davam etdirmək üçün bu tur mütləq “Qəbələ”ni məğlub etməlidir. “Zolaqlılar” qarşıdakı matça ciddi hazırlaşırlar. “Bakı”nın mətbuat xidmətinin rəhbəri Ruslan Əlişzadənin Qol.Az-a verdiyi məlumata görə, “Bakı” Qəbələyə şənbə günü səhər saatlarında yollanacaq. Həmin gün komanda Qəbələ şəhər stadionunda oyunqabağı son məşqinə çıxacaq. Vacib oyunöncəsi komandanın heyətində ciddi itkilər var. Hazırda zədəli olan Roşa Vilyam Batistayla Fernando Peresin qarşıdakı matçı buraxacağı dəqiqdir. Eyni sözləri “Bakı”nın bombardiri Amiran Muciriyə də aid etmək olar. Lakin gürcü futbolçu sarı vərəqə cəzalısıdır. Komandanın qapıçısı Xalidu Sissoko isə klubdaxili cəza üzündən oynamayacaq. Çox güman ki, “Qəbələ”ylə matçda “Bakı”nın qapısını xorvatiyalı qolkiper Marko Şarliya qoruyacaq. Üstəlik Fabio Luis Ramim, Cəmşid Məhərrəmov və Saşa Yunusoğlu da milli komandanın tərkibində təlim-məşq toplanışında oldulaqlarından yorğun olacaqlar. Amma çox güman ki, bu futbolçular “Qəbələ”ylə matçda meydana çıxacaqlar.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi