İspaniya millisi Konfederasiya kubokuna Bakıda hazırlaşacaq

İspaniya millisi Konfederasiya kubokuna Bakıda hazırlaşacaq
ÖLKƏ FUTBOLU 23 Aprel 2009 / 18:21 2866
-  A +

“İspaniya millisinin Bakıda neçə gün qalacağını dəqiq deyə bilmərəm. Amma o dəqiqdir ki, ispanlar Konfedrasiya kubokuna məhz paytaxtımızda hazırlaşacaqlar”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu deyib. M.Nərimanoğlu bildirib ki, artıq sabah İspaniya Futbol Federasiyasının kuratoru Bakıya gələcək: “Artıq sabah İspaniya Futbol Federasiyasının nümayəndəsi Bakıya gələcək. Konkret kimin gələcəyini adla açıqlaya bilmərəm. Amma yəqin ki, bu federasiyanın kuratoru olacaq. Komandanın burada qalacağı oteli və məşq keçəcəyi stadionu da məhz o seçəcək. Oyun Tofiq Bəhramov adına respublika stadionunda olacaq. Amma ola bilər ki, onlar məşq üçün başqa meydança da seçsinlər. Həqiqətən də ispanlar Konfederasiya kubokuna Bakıdan yollanacaqlar. Onlar qarşıdakı yarışa məhz Bakıda hazırlaşacaqları barədə bizi məlumatlandırıblar. Lakin deməyiblər ki, konkret neçə gün burada qalacaqlar”.    

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi