“Qarabağ”ın rəqiblərini Quzanlıda qəbul etməsi rəsmiləşdi

XƏBƏR 23 Aprel 2009 / 17:34 2187
-  A +

PFL “Qarabağ”ın may ayında ev oyunlarını doğma Quzanlı stadionunda keçirməsini rəsmi şəkildə təqsidqlədi. Qol.Az-ın məlumatına görə, PFL-in rəsmi saytınada verilmiş bəyanatda deyilir:
Ağdam rayon icra hakimiyyəti başçısının və "Qarabağ" futbol klubunun PFL-ə ünvanladığı məktubunda rayon sakinlərinin komandalarının oyunlarını Ağdam rayonunda izləmək istədikləri və bu səbəbdən də premyer-liqa və Azərbaycan kubokunun növbəti oyunlarının Ağdam rayon Quzanlı qəsəbəsi Olimpiya kompleksinin stadionunda keçirilməsinə icazə verilməsi xahiş edilmişdir. "Qarabağ" FK-nın növbəti oyunlarını Quzanlı qəsəbəsi Olimpiya kompleksinin stadionunda keçirməsinin mümkünlüyünü yoxlamaq məqsədi ilə PFL tərəfindən Ağdam rayonuna nümayəndə heyəti göndərilmişdir. Stadiona baxıldıqdan sonra meydançada premyer-liqa və Azərbaycan kuboku matçlarını keçilməsi üçün hər cür şəraitin olduğu aşkar edilmişdir.
Yuxarıda qeyd olunanları və "Qarabağ" FK-nın 29.07.2008-ci il tarixində PFL-ə ünvanladığı məktubunda Ağdam rayon Quzanlı Olimpiya stadionu ehtiyat meydança kimi göstərməsini nəzərə alaraq "Qarabağ" - "İnter", "Qarabağ" - "Bakı" və "Qarabağ" - "Xəzər-Lənkəran" matçları Ağdam rayon Quzanlı qəsəbəsi Olimpiya kompleksinin stadionunda keçirilsin”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi