Araz Abdullayev oynamadı, komandası qələbə qazandı

Araz Abdullayev oynamadı, komandası qələbə qazandı
XƏBƏR 2 Aprel 2012 / 00:01 1831
-  A +

Bu gün Yunanıstan Superliqasında XXVII turun oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Araz Abdullayevin şərəfini qoruduğu “Panionios” doğma meydanda "Levadiakos"la qarşılaşıb.

Bu oyuna qədər 29 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşan "Panionios" bu görüşdə doğma meydan amilindən maksimum yararlanmağa çalışacaqdı. Fasiləyə qolsuz yollanan komandaların duelində hesab ikinci hissədə açılıb. Kuqi və Kurdinin vurduğu qollar meydan sahiblərinə inamlı qələbə qazandırıb - 2:0. 

Qeyd edək ki, son günlərdə zədədən əziyyət çəkən Arazın "Levadiakos"la görüşdə iştirak edəcəyi gözlənilsə də, həmyerlimiz bu dəfə də ehtiyatda qalıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi