Patrik Vieyradan şok açıqlamalar

Patrik Vieyradan şok açıqlamalar
XƏBƏR 29 Mart 2012 / 02:54 2279
-  A +

"Mançester Siti" klubunun sabiq futbolçusu Patrik Vieyra şok açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Vieyra Avropanın bir sıra aparıcı klublarının hakimlər tərəfindən müdafiə edildiyini bildirib:

"Mançester Yunayted" doğma meydandakı oyunlara çox rahat çıxır. Çünki "qırmızı şeytanlar" evdə oynayarkən matçın hakimləri bu komandaya köməklik edir. Hakimlərin "Mançester Yunayted"lə yanaşı, "Real" (Madrid), "Milan" və "Bavariya"nı da müdafiə etdiklərinin şahidi oluruq. Bu, hər zaman belə olub. Ancaq bunun qarşısı alınmalıdır".

Qeyd edək ki, 2010-cu ildə "Mançester Siti"yə transfer olunan Vieyra bir mövsüm oynadıqdan sonra karyerasını başa vurmuşdu.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi