Qurban Qurbanov: «Qəbələ»nin yaxşı təhlil etmişdik»

ÖLKƏ FUTBOLU 28 Mart 2012 / 17:26 1954
-  A +

«Oyunda qol olmasa da, inanıram ki, azarkeşlər bu matçdan zövq aldılar. Çox gərgin keçən oyun oldu. Bu da onu göstərir ki, futbolumuzun səviyyəsi get-gedə yüksəlir».

Qol.Az-ın məlumatına görə, bu sözləri «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirilən Azərbaycan kubokunun 1/4 final mərhələsinin təkrar yarımfinal oyunundan sonra deyib.

Xatırladaq ki, «Qarabağ» iki oyunun nəticəsinə əsasən (səfərdə 2:2, evdə 0:0), növbəti mərhələyə adlayıb.

Q.Qurbanov bildirib ki, meydançanın durumu yaxşı olsaydı, oyunun sürəti və keyfiyyəti daha yüksək olardı: «Qəbələ»nin necə oynadığını yaxşı təhlil etmişdik. Onların hücum xəttinin güclü olduğunu, standart vəziyyətlərdən necə oynadığını yaxşı bilirdik. Bütün futbolçularımız səhvsiz oynamaqla rəqibin hücumlarının qarşısını aldılar».

Q.Qurbanov «Qəbələ»dəki həmkarı Fatih Kavlakı yaxşı komanda yaratdığı üçün təbrik edib.

Daha çox


Son xəbərlər