"Qarabağ" "Qəbələ" ilə 17-ci duelinə çıxacaq

"Qarabağ" "Qəbələ" ilə 17-ci duelinə çıxacaq
XƏBƏR 27 Mart 2012 / 14:22 1551
-  A +

"Qarabağ" klubu sabah növbəti dəfə "Qəbələ" ilə qarşılaşacaq.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandalar 2 həftə öncə Qəbələdə qeydə alınmış 2:2-nin revanşına çıxacaqlar.

Tərəflərin qarşılaşma tarixi cəmi 5 il olsa da, daim çəkişmə, maraqlı oyunlar duelləri zənginləşdirib. İndiyə kimi tərəflərin 16 dueli baş tutub. Ağdam təmsilçisi daha çox 6 dəfə qələbə sevincini yaşayıb.

Qəbələlilər isə 3 dəfə 3 xalla öyünüb. Maraqlıdı ki, tərəflər arasında baş tutan ilk 5 qarşılaşmada "Qarabağ" qalib gəlib və bütün oyunlarda 2 qolla qələbə qazanıb (bir dəfə 3:2). Ardınca 3 heç-heçədən sonra nəhayət "Qəbələ" 3:1 hesabıyla qələbə qazanıb. Tərəflər arasında yeganə böyükhesablı qələbə ötən mövsüm qeydə alınıb.

"Qarabağ" Suraxanıda 3:0 hesablı qələbə qazanıb. Topların fərqində də Qurban Qurbanovun komandası üstündür. Ağdam klubu 21 dəfə fərqləndiyi halda qəbələlilər 15 dəfə eyni uğuru təkrarlayıb.
 
Cari mövsüm artıq tərəflərin 4 görüşü baş tutub. Avqustun 27-də baş tutan ilk görüşdə Mendinin vurduğu qolla qalib gələn qəbələlilər həm səfərdə ilk dəfə "Qarabağ"ı məğlub etdilər,  həm də Ağdam təmsilçisi mövsümdə ilk məğlubiyyətini aldı. Növbəti 3 görüş isə sülhlə yekunlaşıb. Təsnifat mərhələsinin cavab görüşü qolsuz başa çatıb. Bu ay martın 14-ü və 18- fərqli meydanlarda və fərqli turnirlərdə tərəflər yenə qələbəyə həsrət qalıb.

Maraqlıdı ki, hər 2 oyunda "Qarabağ" hesabda geri olsa da, son dəqiqədə vurduğu qollar bərabərlik gətirib - 2:2 və 1:1.

Ümumiyyətlə, "Qəbələ" cari mövsüm eyni zamanda daha bir seriyaya son qoyub. Belə ki, 2011-ci ilin dekabrın 21-də baş tutan oyunda "Qəbələ" ilə oyunda qeydə alınmış qolsuzluqdan sonra "Qarabağ" ardıcıl 5 oyunda qələbə qazanaraq, mövsümün ən yaxşı seriyasını tutdu. Amma "Qəbələ"dən sonra başlayan seriya "Qəbələ" ilə oyunda  başa çatıb (qeyd etdiyimiz heç-heçələrlə).

 

"Qarabağ" - "Qəbələ" bütün oyunlar

2006/07 20.08.2006 Premyer Liqa Gilan(Qəbələ) - Qarabağ (Ağdam) 0:2
2006/07 22.02.2007 Premyer Liqa Qarabağ (Ağdam) - Gilan (Qəbələ) 3:2
2007/08 06.10.2007 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 1:2
2007/08 13.04.2008 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 2:1
2008/09 20.09.2008 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 1:2
2008/09 15.03.2009 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 0:0
2009/10 23.09.2009 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 0:0
2009/10 06.12.2009 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 1:1
2009/10 21.03.2010 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 3:1
2009/10 24.04.2010 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 1:1
2010/11 25.09.2010 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 2:1
2010/11 13.02.2011 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 3:0
2011/12 27.08.2011 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 0:1
2011/12 21.12.2011 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 0:0
2011/12 14.03.2012 Azərbaycan kuboku Qəbələ - Qarabağ (Ağdam)  2:2
2011/12 18.03.2012 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 1:1

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi