"Yuventus"dan yeni rekord

"Yuventus"dan yeni rekord
XƏBƏR 27 Mart 2012 / 01:06 1895
-  A +

“Yuventus” klubu İtaliya çempionatları tarixində yeni rekord müəyyənləşdirib.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, Turin şəhərinin təmsilçisi bir mövsüm ərzində ardıcıl məğlubiyyətsiz oyunlar seriyasını 29-a çatdırıb.

Bu mövsüm “Yuve” A seriyasının arxada qalan 29 turunda 15 qələbə qazanıb və 14 heç-heçə edib. Əvvəlki rekord da “qoca sinyora”ya məxsus olub. 2005-2006-cı il mövsümündə bu komanda Fabio Kapellonun baş məşqçiliyi altında ilk 28 turdan 18 qələbə, 10 heç-heçə ilə ayrılıb.

Digər tərəfdən, ötən mövsümün son turunda da uduzmadığını nəzərə alsaq, “ağ-qaralar”ın məğlubiyyətsizlik seriyası 30-a bərabərdir. Bu isə 2005-2006 və 2007-2008-ci illərdə A seriyasındakı çıxışları vaxtı turinlilərin müəyyənləşdirdiyi rekordun təkrarıdır. 2006-2007-ci il mövsümündə isə məlum “Yuve” korrupsiya qalmaqalı ilə əlaqədar B seriyasında oynayıb.

2011-2012-ci il mövsümündə məğlubiyyətsizlik seriyasında rekorda baxmayaraq, “Yuventus” ikinci pillədə gedir. 29 turdan sonra 59 xala malik baş məşqçi Antonio Kontenin komandası lider “Milan”dan 4 xal geridədir. Çempionatın sonuna isə 9 tur qalıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi