Mourinyo Nuri Şahini Portuqaliyaya göndərir

Mourinyo Nuri Şahini Portuqaliyaya göndərir
XƏBƏR 26 Mart 2012 / 18:52 2858
-  A +

"Real" (Madrid) klubunun türkiyəli yarımmüdafiəçisi Nuri Şahinin komandadan ayrılacağı yenidən gündəmə gəlib.

Qol.Az-ın "Record" qəzetinə istinadən verdiyi məlumata görə, Nurinin mövsümün sonunda Portuqaliyanın "Benfika" klubuna icarəyə veriləcəyi iddia olunur.

"Real"ın baş məşqçisi Joze Mourinyonun "Benfika"nın belçikalı futbolçusu Aksel Vitseli transfer etmək istədiyi bildirilir. Rəhbərlik Vitselin təzminat qiymətini aşağı salmaq üçün Nuri Şahini Portuqaliya klubuna icarəyə verməyi planlaşdırır.  

Qeyd edək ki, Nuri "Real"ın Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində sabah keçiriləcək APOEL ilə ilk görüşün 18-liyinə daxil edilib. 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi