Azərbaycan – Fələstin matçı FİFA-nın reytinq siyahısından çıxarıldı

Azərbaycan – Fələstin matçı FİFA-nın reytinq siyahısından çıxarıldı
ÖLKƏ FUTBOLU 8 Mart 2012 / 13:24 2479
-  A +

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində fevralın 29-da Azərbaycan və Fələstin milli komandaları arasında keçirilmiş yoldaşlıq oyunu FİFA-nın reytinq cədvəlinin rəsmi oyunları siyahısından çıxarılıb.
 
Qol.Az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, bununla bağlı FİFA-dan AFFA-ya məktub göndərilib.

Məktubda qeyd olunub ki, hakim dəyişikliyi barədə FİFA-ya məlumat verilmədiyi üçün aparılan araşdırmalar zamanı qarşılaşmanın dördüncü hakiminin adının 2012-ci il üçün təsdiqlənmiş FİFA hakimlərinin siyahısında olmadığı aşkarlandığına görə, Azərbaycan – Fələstin matçı  FİFA-nın reytinq cədvəlinin rəsmi oyunları siyahısından çıxarılıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi