Arda Turan "Beşiktaş"a qarşı oynamayacaq

Arda Turan "Beşiktaş"a qarşı oynamayacaq
XƏBƏR 7 Mart 2012 / 00:44 1638
-  A +

"Atletiko" (Madrid) klubunun türkiyəli futbolçusu Arda Turan Avroliqanın 1/8 final mərhələsinin ilk görüşündə "Beşiktaş"a qarşı forma geyinə bilməyəcək.

Qol.Az-ın "NTV Spor"a isitnadən verdiyi məlumata görə, buna səbəb kimi isə futbolçunun zədəsinin hələ də sağalmaması göstərilir.

La Liqanın son turunda "Sevilya" ilə görüşdə də iştirak etməyən Ardanın İstanbulda keçiriləcək cavab oyununda forma geyinə biləcəyi ehtimal olunur. Ancaq Ardanın Madriddəki görüşdə meydana çıxmaması ən çox türkiyəli azarkeşləri üzüb.

Qeyd edək ki, "Atletiko" - "Beşiktaş" matçı martın 8-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi