Azad Rəhimov Fələstinə məğlubiyyətə münasibət bildirdi

Azad Rəhimov Fələstinə məğlubiyyətə münasibət bildirdi
ÖLKƏ FUTBOLU 6 Mart 2012 / 12:15 2076
-  A +

Gənclər və idman naziri Azad Rəhimov futbol üzrə Azərbaycan milli komandasının Fələstin kimi zəif yığmaya məğlubiyyətinə münasibət bildirib.

Qol.Az-ın supersport.az saytına istinadən yaydığı məlumata görə, nazir ilk öncə Gürcüstan U-17-sini stələyən qızlardan ibarət yığmamızın qələbəsindən danışlb:

"Futbolumuzun durumunu yüksək dəyərləndirirəm. Qızlardan ibarət yığmamız gürcüləri iki dəfə böyükhesabla - 5:0 və 6:0 məğlub etdi. Bu o deməkdir ki, futbol inkişaf edir. Yaxın illərdə uğurlarımız çox olacaq".

"Sizcə, Fələstin kimi zəif komandanı məğlub edə bilməyən Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsində nəsə edə bilərmi" sualını A.Rəhimov belə cavablandırıb:   


"Son 2-3 ildə yığma komandada böyük dəyişiklik olmayıb. Ona görə ki, yeni nəsil milliyə qoşulmayıb. Onlar yığma komandaya qatıldıqdan sonra uğurlar olacaq. Sualınıza gəlincə, yaddan çıxarmaq olmaz ki, bu yoxlama oyunudur. Həmin qarşılaşmada gənc futbolçular sınaqdan keçirilirdi".


Nazir AFFA-nın alman məşqçi Berti Foqtsun müqaviləni yeniləməsinə də münasibət bildirib:

"AFFA-nın Berti Foqtsla yeni müqavilə bağlamasını müsbət qarşılayıram. Hesab edirəm ki, işlər düzgün və planlı şəkildə gedir. İnanıram ki, milli komandamız bizləri sevindirəcək".  

Daha çox


Son xəbərlər