"Neftçi" üçün qoşa 34

"Neftçi" üçün qoşa 34
XƏBƏR 12 Dekabr 2011 / 16:01 2759
-  A +

2010/11 mövsümünün qalibi olan "Neftçi" hazırda Unibank Premyer Liqasının vahid lideridir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Neftçi" AZAL üzərində möhtəşəm qələbədən (7:1) sonra 34 xal toplayıb.

Maraqlıdır ki, "təyyarəçilər"in qapısından 7 top keçirən "ağ-qaralar" vurulan qolların da sayını 34-ə çatdırıb.
 
"Neftçi" bu mövsüm keçirdiyi 16 çempionat oyunundan 4-də böyük hesablı qələbə qazanıb. Böyükağa Hacıyevin komandası AZAL-la (7:1) yanaşı, "Xəzər Lənkəran" (5:0) və "Sumqayıt Şəhər" (4:0) klublarını da darmadağın edib. Bundan əlavə, "Neftçi" bir oyunda "Simurq"u 4 (4:2), "Qarabağ"ı isə 3 (3:2) dəfə məyus etməyi bacarıb.
 
Hazırda Unibank Premyer Liqasının bombardirlərinin siyahısına da "Neftçi"nin futbolçusu başçılıq edir. Özbəkistanlı hücumçu Bahadır Nəsimov rəqib qapılarından 10 top keçirib. O, ən yaxın izləyicisini 3 top geridə qoyur.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi