Georgi Demetradze: “İnter” haqda dediyim fikirlər səhv başa düşülüb”

XƏBƏR 7 Mart 2009 / 16:30 2415
-  A +

“Mən fikirlərimi bildirərkən, konkret olaraq bizimlə oyunda “İnter”i bəyənmədiyimi söyləmişdim. Lakin məni düzgün başa düşməyərək, ümumiyyətlə bu komandamı bəyənmədiyim söylənilir ki, bu da düzgün fikir deyil”. Qol.Az-ın “Bakı”nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu sözləri Georgi Demetradze deyib. Gürcü hücumçu “İnter”ə hörmət etdiyini vurğulayıb: “Biz həmin matçda “İnter”ə qalib gəlmişik. Deməli, həmin oyunda biz daha yaxşı oynadıq. Ümumilikdə isə, hər zaman çempionluq marafonunda əsas rəqibimizin məhz “İnter” olduğunu söyləmişəm. Bu kluba və onun formasını geyən həmkarlarıma böyük hörmətim var. Sözlərimin yalnış anlaşılmasından təəssüf edirəm, “İnter”ə isə yalnız uğurlar arzulayıram”. 

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi