Qol.Az Çexiyada iki azərbaycanlı futbolçu tapdı!

Qol.Az Çexiyada iki azərbaycanlı futbolçu tapdı!
ÖLKƏ FUTBOLU 5 Mart 2009 / 18:30 3088
-  A +

Çexiyanın ikinci liqasında çıxış edən Praqanın «Dukla» komandasının yeniyetmələrdən ibarət komandasında bir azərbaycanlı futbolçu da çıxış edir. Qol.Az-ın məlumatına görə, bu, 1997-ci il təvəllüdlü, əslən Laçın rayonundan olan Məmməd Məmmədlidir. 10 nömrəli formanı geyən Məmməd yarımmüdafiə xəttinin sol kənarında oynayır. Məşqçiləri Məmməd haqqında yüksək fikirdədirlər və bir neçə ilə onun daha da güclü futbolçu olacağına inanırlar. Məşqçilərinin Məmməddə xoşladıqları üstünlüklər oyunçumuzun texnikalı olması və meydanı yaxşı görməsidir. Qol.Az-ın müxbiriylə söhbətində M.Məmmdli Azərbaycandan Nazim Süleymanovun onunla maraqlandığını, onu 15 yaşlılardan ibarət milli komandaya dəvət etmək istədiyini söyləyib. Ama Məmmədin yaşı hələ az olduğundan onun milli komandamızda oynaması məqsədəuyğun sayılmayıb.
Məmməd haqqında bir neçə maraqlı məqam var. 2004-cu il oktyabr ayının 20-də Çempionlar liqasının «Sparta» (Çexiya) - «Mancester Yunayted» (İngiltərə) matçında oyunun baş hakiminin komandalar meydana daxil olanda əlindən tutdugu yeniyetmə məhz azərbaycanlı Məmməd Məmmədli olub. Məmmədin hələ ötən yay, Avropa çempionatının final mərhələsi zamanı «Azadlıq» radiosunda bir verilişdə müsahibəsi gedib.
Məmmədin qardaşı Rafael də «Dukla»da çıxış edir. O, 2001-ci il təvəllüdlüdür və indidən bir cox cəhətləri ilə məşqçilərin rəğbətini qazanıb.

 

Daha çox


Son xəbərlər