Elvin Məmmədov və İbrahim Karqbo həkim nəzarətində

Elvin Məmmədov və İbrahim Karqbo həkim nəzarətində
ÖLKƏ FUTBOLU 25 İyun 2011 / 00:19 2704
-  A +

"Bakı" klubu iyunun 24-də keçirdiyi yeganə məşqlə növbəti mövsümün hazırlıqlarına start verib. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, məşqə Azərbaycanın 19 yaşlılardan ibarət yığmasında olan Nurlan Novruzov və Rəhman Haciyev, eləcə də əməliyyat keçirən Əziz Qulyev qatılmayıb.

Qalan futbolçular Aleksandr Starkovun rəhbərliyi altında 60 dəqiqəyədək çalışıblar. "Bakı"nın təlim-məşq bazasında baş tutan məşqə yeni futbolçular Elvin Əliyev, Novruz Məmmədov və Elvin Məmmədov da qatılıblar. Əsasən yungül hərəkətlər üzərində qurulan məşq bərpa xarakreli oldu. Qrup halında çalışan futbolçuların yüksək əhval-ruhiyyədə olması diqqətlərdən yayınmayıb.

Qeyd edək ki, mayın 25-də Türkiyənin İzmir şəhərində əməliyyat olunmuş Əziz Quliyev iyulun 10-dan məşqlərə başlayacaq. "Bakı"nın yeni üzvü Elvin Məmmədov və afrikalı yarımmüdafiəçi İbrahim Kaqbo həkim nəzarəti altında fərdi məşq keçiblər.


Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi