"Neftçi" Fərid Quliyevi geri qaytardı

XƏBƏR 2 Dekabr 2010 / 13:00 1847
-  A +

"Neftçi" PFK-nın baş məşqçisi Arif Əsədovun qərarı ilə futbolçu Fərid Quliyev transferə çıxarılsa da, qaydalara uyğun olaraq, milli komandanın hücumçusunun klubun əvəzedici heyətində oynaması və məşq etməsi üçün şərait yaradılıb. Qol.Az-ın məlumatına bununla bağlı əvəzedici heyətin baş məşqçisi İqor Getman deyib ki, Fərid Quliyev transferə çıxarılsa da, klub rəhbərliyi onun əvəzedici heyətdə məşq etməsi üçün şərait yaradıb. "Fərid yığma komandanın üzvüdür, peşəkar futbolçudur. Formasını itirməməsi üçün ona mütləq məşq etmək lazımdır. Biz ona kömək etməyə hazırıq. Quliyev əvəzedici heyətlə birgə məşqlərə qatıla və məşqçilər korpusunun qərarı ilə oyunlarda iştirak edə bilər" - deyə o klubun rəsmi saytına bildirib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi