AFFA “Bakılı”nın stadionunu aldı

XƏBƏR 1 Dekabr 2010 / 19:34 1899
-  A +

AFFA “8-ci kilometr” qəsəbəsindəki “Bakılı” klubuna məxsus stadionu alıb. Bu haqda federasiyanın baş katibi Elxan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, artıq həmin stadion AFFA-nın balansına keçirilib. Arenada inşaat işlərinə də başlanılıb. E.Məmmədov bildirib ki, idman qurğusu 2012-ci ilin əvvəllərində istifadəyə veriləcək.

11 min nəfərlik tamaşaçı tutumuna malik olacaq stadionun meydançasına təbii ot örtüyü döşənəcək. 2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatı matçlarının bir qismi məhz bu arenada təşkil olunacaq.

Qeyd edək ki, hazırda AFFA tərəfindən Mərdəkan və Bayıl qəsəbələrində də stadionlar inşa edilir. Həmin arenaların meydançaları yüksək səviyyəli süni örtükdən ibarət olacaq (lent.az).

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi