"Çelsi"ni almaq fikrindən daşındılar

"Çelsi"ni almaq fikrindən daşındılar
XƏBƏR 15 Aprel 2022 / 16:35 4654
-  A +

"Çikaqo Kubs"un sahibi olan Rikketts ailəsi "Çelsi"ni almaq fikrindən daşınıb. 

Qol.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Konsorsiumun bəyanatında deyilir ki, üzvləri London təmsilçisini almaqla bağlı sövdələşmənin yekun şərtləri üçün öz aralarında razılığa gələ bilməyiblər.

Beləliklə, indi "Çelsi"nyə sahib olmaq üçün yalnız 3 namizəd var: "Los Anceles Dodcers"in həmsahibi Todd Boeli, "Atalanta"nın həmsahibi və "Boston Seltiks"in səhmdarı Stiven Palyuki və "Filadelfiya 76ers"in menecerləri David Blitzer və Cosh Harris. 

Qeyd edək ki, Böyük Britaniya martın 10-da Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Bu, “Çelsi”yə də yansıyıb. Klub futbol fəaliyyətini davam etdirmək üçün xüsusi lisenziya alıb. Lakin kluba matçlara bilet satmaq, transfer etmək və oyunçularla müqavilə yeniləmək qadağan edilib. Həmçinin "Çelsi"nin bank hesabı bloklanıb. Amma bundan sonra "Çelsi"nin hazırkı duruma baxmayaraq, klubun satışının mümkün olacağı bildirilib.


Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi