“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün mətbuat konfrası keçirib.
Qol.az-ın xəbərinə görə, tədbirdə Ağdam klubunun çalışdırıcısı Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda “Omoniya” ilə keçiriləcək oyunla bağlı fikirlərini bildirib.
“Bu il burada (Respublika stadionunda – red.) son oyunumuz olacaq” – deyə Q.Qurbabov qeyd edib ki, komandası matça hazırdır:
“İki gündə yaxşı hazırlaşmışıq. Az vaxtımız oldu. Həm futbolçuların istəyi, həm də hazırlığı yaxşı səviyyədədir. Layiqli oyun göstərmək istəyirik. Nəticə önəmlidir, amma bunun üçün yaxşı çıxış etməliyik. Sabah ən yaxşı oyunlarımızdan birini göstərmək istəyirik. Rəqib barədə də xoş sözlər demək istəyirəm. Son vaxtlar oyun performansını yaxşılaşdırıblar, tərzlərini dəyişiblər. Bu, bizim üçün maraqlı olacaq. Çox sürətli hücumçuları var. Düşünürəm ki, sabah 90 dəqiqə meydanda çox diqqətli olmalıyıq”.
O deyib ki, oyun planında hansısa dəyişiklik gözlənilmir: “Onsuz da bütün oyunlarda cüzi də olsa dəyişiklik olur. Sistem olaraq oyunumuzu daha da yaxşılaşdırmağa çalışırıq. Çox dəyişikliyi xoşlamıram. 1-2 dəyişiklik ola bilər”.
Q.Qurbanovun sözlərinə görə, “Omoniya”dan sabahkı görüşdə heyətdə böyük dəyişiklik edəcəyini düşünmür: “Oyunlarını təhlil edirik, hansı matçlarda neçə dəyişiklik etdiklərini bilirik. Həm çempionatda, həm də avrokuboklarda eyni sistemlə gedirlər, eyni formada rotasiyalar edirlər. 18-19 legionerləri var. Hücum xətti ilə bağlı müəyyən dəyişiklikləri olur. Onlar üçün də bu oyun vacibdir. Dəyişiklik etsələr də, futbolçularının səviyyəsi eynidir. Sadəcə, hücum planında sistemi dəyişiblər. Bu amil bizə problem yarada bilər. Buna hazır olmalıyıq. Rəqibin bütün oyunçularını futbolçularımıza tanıtdırmışıq. Hər hansı bir oyunçu meydana çıxsa da, bunun bizə çətinlik törədəcəyinə inanmıram. Bu tip komandalar xarakter göstərirlər. Biz də rəqiblə başabaş mübarizə üçün xarakter nümayiş etdirməliyik”.
Futbol tarixində ilk
"Difai" – "Hypers Guba" matçında 4 qol - Video
"Traktor" baş məşqçisi ilə yeni müqavilə imzaladı
Anri: "Gördüyüm ən mükəmməl hücumçudur"
"Liverpul"un təklifinə razıdır
"Şamaxı" növbəti ayrılığı rəsmən təsdiqlədi
"Bavariya" onunla razılaşdı
1-ci liqada yerlərini qorudular
"Zirə" Konatenin transferini rəsmən açıqladı
Mövsümün ən yaxşısı: Mbappe!
"Arsenal" son nöqtəni qoydu
Arbeloanın təyinatı açıqlandı
Tanzaniyalı futbolçu "Şamaxı"da qaldı - Rəsmi
Konfrans Liqasının finalından öncə qalmaqal
"Qarabağ" mütləq rekordçu, "Sabah" ilk dəfə
Salah: "40 yaşıma qədər oynaya bilərəm"
Arne Slot İngiltərənin ən yaxşısı seçildi
Polşa millisinə dəvət alan "Qarabağ"lı - "Mən şokdayam"
Orxan Məmmədov: “Tarixi qələbə qazandıq”
Konfrans Liqasının finalı bu kanallarda
"Araz-Naxçıvan" iki futbolçu ilə müqaviləni uzatdı
Modriç Ronaldo və ya Messinin komanda yoldaşı ola bilər
"Mourinyo bütün Türkiyəni təhqir edir" - Okan Buruk
"Barselona" yeni qapıçı transferi ilə bağlı razılığa gəldi
Millimizi 1/4 finala yüksəldən qələbə - Video
Arda Turan rəsmən "Şaxtyor"da
Azərbaycan millisi və daha 3 komanda 1/4 finala adladı - DÇ
"Barselona" Yamalla rəsmən yeni müqavilə imzaladı
"Mançester Yunayted"də bədən dili üzrə mütəxəssis çalışıb
Yamal "Barselona" ilə 6 illik müqavilə imzalayır
FIFA Fransa klubuna transfer etməyə qadağa qoydu
De Brüyne "Napoli" ilə neçə illik müqavilə imzalayacaq?
Millimizin futbolçusu Niderland klubunda
Azərbaycan millisi toplanışa başladı - Şəkillər
"Qarabağ"ın qapıçısı Polşa millisində
Gökhan Gönül istefa verdi