İbrahimoviç: “Barselona”nın onunla 6 titul qazanması uğur hesab edilə bilməz”

XƏBƏR 19 Oktyabr 2010 / 16:52 1537
-  A +

Bu mövsüm “Barselona”dan “Milan”a transfer olan isveçli hücumçu Zlatan İbrahimoviç yenidən diqqət mərkəzinə düşüb. Qol.Az-ın məlumatına görə, İbrahimoviç “Barselona”nın baş məşqçisi Pep Qvardiolanı “təcrübəsiz” adlandıraraq, onu tənqid edib. 29 yaşlı futbolçu öz keçmiş baş məşqçisi haqqında bunları deyib: “Qvardiolanın 22 nəfər futbolçunu idarə edəcək bir istedadı yoxdur. Əksinə klubda bəzi futbolçular var ki, onlar Qvardioladan daha təcrübəli və istedadlıdır. “Barselona”nın onun rəhbərliyi altında 6 titul qazanması da bir uğur hesab edilə bilməz. Çünki mövsümün əvvəlində Qvardiolanın yerində başqa biri olsaydı belə, o da “Barselona”da uğur qazanardı. Məncə, “Barselona”nın ən böyük üstünlüyü oradakı futbolçuların hər birinin özlərini digərlərindən üstün tutmamasıdır. Məhz bu amil “Barselona”nın uğurlarına öz  töhfəsini verir. Lakin bu vəziyyət  “Mançester Yunayted”, “Çelsi” və digər klublarda isə fərqlidir. Bu klublarda çıxış edən hər bir futbolçu “ən yaxşı mənəm” deyir”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi