Tuncay baş məşqçiylə mübahisə etdi, düşərgədən ayrıldı

Tuncay baş məşqçiylə mübahisə etdi, düşərgədən ayrıldı
XƏBƏR 18 Oktyabr 2010 / 14:02 1958
-  A +

İngiltərənin “Stok Siti” klubunda forma geyən Tuncay Şanlı yenidən diqqət mərkəzinə düşüb. Qol.Az-ın məlumatına görə, Premyer Liqanın sonuncu turu çərçivəsində səfərdə “Bolton”la keçirilən oyun öncəsi yenə də əsas heyətdə yer almadığını görən Tuncay qarşılaşmanın başa çatmasını gözləmədən taksiyə oturaraq stadionu tərk edib. Tuncay “Bolton”un 2-1 hesabı ilə qələbə qazandığı oyundan öncə baş məşqçi Toni Pulisə artıq bu həftə oynamaq istədiyini bildirsə də, buna nail olmayıb. Tuncay “Stok Siti”də əsas heyətə düşməyəcəyi təqdirdə yenidən Türkiyəyə dönə biləcəyini də baş məşqçinin nəzərinə çatdırıb.
Qeyd edək ki, 2009-cu ildə “Midlsbro”dan “Stok Siti”yə 5.75 milyon avroya transfer olan 28 yaşlı futbolçu bu mövsüm cəmi iki oyunda meydana çıxıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi