Sərvət Çetin millimizlə oyuna maskayla çıxacaq

Sərvət Çetin millimizlə oyuna maskayla çıxacaq
ÖLKƏ FUTBOLU 11 Oktyabr 2010 / 01:45 1906
-  A +

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sabah millimizlə qarşılaşacaq Türkiyə yığmasının və “Qalatasaray” klubunun müdafiəçisi Sərvət Çetin meydana maskayla çıxmalı olacaq. Qol.Az-ın məlumatına görə, buna onun oktyabrın 8-də keçirilən Almaniyayla oyunda sifətindən aldığı zərbə nəticəsində ciddi zədə alması səbəb olub. Həkimlər onun elə həmin oyunda meydanda qalmasına nail olsa da, yığmamızla qarşılaşmada qoruyucu vasitədən istifadəsini vacib hesab edib. Qeyd edək ki, əslən azərbaycanlı olan Sərvət Türkiyə millisinin paytaxtımızdakı ilk hazırlıq prosesində də maskayla məşq edib.

Daha çox


Son xəbərlər