Mitreskiylə Despotovski 90, Georgiyevski 34 dəqiqə oynadı

Mitreskiylə Despotovski 90, Georgiyevski 34 dəqiqə oynadı
XƏBƏR 9 Oktyabr 2010 / 04:02 1685
-  A +

“Neftçi” və “İnter”in futbolçuları forma geydikləri Makedoniya yığmasının heyətində AÇ-2012-nin seçmə mərhələsində qələbə sevinci yaşayıb. Qol.Az-ın məlumatına görə, “ağ-qaralar”ın iki oyunçusu -  İqor Mitreski ilə Slavko Georgiyevski, eləcə də “bankirlər”in üzvü Filip Despotovski Andorra ilə qarşılaşmada qazanılan qələbədə (2:0) pay sahibi olub.
Makedoniya yığmasının baş məşqçisi Mirsad Yonuz Unibank Premyer Liqasında top qovan hər 3 futbolçuya start heyətində yer verib. Lakin Mitreskiylə Despotovski 90 dəqiqə meydanda olduqları halda, Georgiyevski 34-cü dəqiqədə yerini Mario Qyurovskiyə vermək məcburiyyətində qalıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi