"Oyuna nəzarət bizdə idi. Matça əla başlamışdıq".
Qol.az xəbər verir ki, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Fatih Terim Avropa Liqasının 2-ci təsnifat mərhələsində Bakıda "Neftçi"yə qalib gəldikləri oyundan (3:1) sonra mətbuat konfransında deyib.
- Futbolçularımdan razıyam. Yaxşı mübarizə apardılar. Xeyli qol epizodumuz oldu. Qolu da “ölü top”dan buraxdıq. Bəlkə də, futbolçularım növbəti matçı düşünürdülər.
- Gözlədiyimiz start heyəti olmadı. Bu, nə ilə bağlı idi?
- Üç dəyişiklik haqqımız var. Dörd nəfərə də istirahət verdik. Bəzilərinin oynamasına ehtiyac var idi. 6-7 futbolçumuz nisbətən istirahət etmiş oldu. Bu gün doğru rotasiya oldu. Onsuz da heç vaxt medianın gözlədiyi heyət meydana çıxmır. Bəzən bunu etmək məcburiyyətindəyik. Rotasiya vacibdir. Futbolçuların nə qədər hazır olduğunu gördük. Məqsəd mərhələ keçmək idi, buna da nail olduq.
- "Neftçi"nin oyunu barədə nə düşünürsünüz?
- "Neftçi" yaxşı komandadır, yaxşı mübarizə apardı. Bizə yüksək tempdə cavab verdilər. Onlara uğurlar arzulayıram. Bizim oyuna nəzarət etməyimiz kimi normal heç nə yoxdur. Bizim qələbə qazanmağımız sürpriz deyil. Biz uduzsaydıq və ya daha zəif oynasaydıq, bu, sürpriz olardı. Amma meydanda "dişli" bir rəqib gördük.
- Azərbaycanın qonaqpərvərliyi və baş məşqçi kimi 500-cü oyununuz barədə nə deyə bilərsiniz?
- Azərbaycana təşəkkür edirəm. Qardaş Azərbaycandan qardaş kimi ayrılırıq. Onlar bizim qardaşımızdır. Bu gün 500-cü oyunum idi. Bunu sözlərlə ifadə etmək çox çətindir. Yaxşı ki, həyatımda "Qalatasaray" var. Avrokuboklarda da 100-cü qələbədir. Danışanda asan gələ bilər, amma bu rəqəmlər asan başa gəlmədi.
- Dünən "Neftçi"nin heyətində bəyəndiyiniz futbolçuları qeyd etmişdiz. İndi hansı fikirdəsiz?
- Dünən rahat bir oyuna baxdıqdan sonrakı fikirlərimi bildirmişdim. Bu gün isə öz komandamın oyununa yönəlmişdim. Ona görə də "Neftçi" barədə nəsə deyə bilmərəm.
- Jesse Sekidika vaxtilə "Neftçi"də baxışda olsa da, bəyənilməyib. Siz onu hansı xüsusiyyətinə görə bəyənmisiniz?
- Biz bəyənmişik. Olur belə şeylər. Bəzən kimisə bəyənmirsiz, amma qısa müddətdə inkişaf edir. Gənc futbolçular üçün tez qərar verməmək lazımdır. Bəyəndiyimiz üçün transfer etmişik.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər