"Qəbələ" braziliyalı hücumçu aldı - Rəsmi

"Qəbələ" braziliyalı hücumçu aldı -  Rəsmi
ÖLKƏ FUTBOLU 11 Sentyabr 2020 / 16:30 3279
-  A +

2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” braziliyalı Rafael Utziqin Alemaonun transferini gerçəkləşdirib. 24 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

İndiyədək yalnız vətənində çıxış etmiş "sambaçı"nın son klubu “Parana” olub. Sağ cinah vingeri mövqeyində də oynayan oyunçu 2018 - 2020-ci illərdə fasilə ilə bu komandanın heyətində A və B seriyalarında çıxış edib.

Utziq karyerası ərzində “Foz de İquaçu” (2015, 2018), “Kaskavel” (2016), “Ypiranqa Ereçim” (2016-2018) və “Çianorte”nin (2019) də formasını da geyinib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi