"Barselona" Villianla danışıqlara başladı

"Barselona" Villianla danışıqlara başladı
DÜNYA FUTBOLU 31 İyul 2020 / 15:10 2715
-  A +

“Barselona” “Çelsi” ilə müqaviləsi başa çatan Villianı heyətinə cəlb etməyi planlaşdırır.

Qol.az “Sky Sports”a istinadən xəbər verir ki, Kataloniya klubu braziliyalı yarımmüdafiəçi ilə danışıqlara başlayıb.

“Barsa”nın 31 yaşlı futbolçuya 3 illik müqavilə təklif etdiyi bildirilir. Villianın öz klubu “Çelsi” və Devid Bekhemin sahibi olduğu “İnter Mayami”dən də təklif aldığı qeyd olunub.

Villian 2013-cü ildən "Çelsi"nin formasını geyinir. O, bu mövsüm 47 matça çıxaraq 11 qol vurub və 9 qolun ötürməsini verib.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki