"Xəzər Lənkəran"ın sabiq futbolçusu baş məşqçi oldu

"Xəzər Lənkəran"ın sabiq futbolçusu baş məşqçi oldu
XƏBƏR 5 İyun 2020 / 00:20 3950
-  A +

"Xəzər Lənkəran"ın sabiq futbolçusu Denis Kalinkovun yeni iş yeri müəyyənləşib.

Qol.az xəbər verir ki, moldovalı keçmiş yarımmüdafiəçi ölkəsinin “Kodru” klubunu çalışdıracaq. Bu barədə Lozova təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 35 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Moldova millisinin sabiq üzvü 2009/10 mövsümündə "Xəzər Lənkəran"da çıxış edib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi