Dieqo Kosta həbs oluna bilər

Dieqo Kosta həbs oluna bilər
DÜNYA FUTBOLU 29 May 2020 / 16:10 1825
-  A +

"Atletiko"nun futbolçusu Dieqo Kosta həbs oluna bilər.

Qol.az “Cadena Ser”ə istinadən xəbər verir ki, 31 yaşlı hücumçu imic hüquqları qazancından 1,37 milyon avro məbləğində vergidən yayınmaqda ittiham olunur. Dieqo 2014-cü ildə qanunu pozsa da, məsələ indi araşdırılır. Bu iş üzrə məhkəmə prosesi iyunun 4-ə təyin edilib.

İspaniya prokurorluğunun Kosta üçün altı ay həbs cəzası və 500 min avrodan çox cərimə olunmasını istədiyi bildirilib.
 

Daha çox


Son xəbərlər