21-ci əsrdə bunu bacaran olmamışdı

21-ci əsrdə bunu bacaran olmamışdı
XƏBƏR 25 May 2020 / 17:37 3307
-  A +

Almaniya Bundesliqasının 27-ci turunda keçirilən “Maynts” - "Leypsiq” matçı (0:5) qonaqların futbolçusu Timo Verner üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, görüşdə het-trik edən almaniyalı hücumçu rekorda imza atıb.  Verner 21-ci əsrdə Bundesliqada bir mövsümdə eyni komandaya qarşı iki oyunda het-trik edən ilk futbolçu olub.

24 yaşlı hücumçu Bundesliqada mövsümün ilk dövrəsində “Maynts”ı 8:0 hesabı ilə məğlub etdikləri oyunda da 3 qol vurmuşdu.

Qeyd edək ki, Bundesliqada sonuncu dəfə bunu 1998/99 mövsümündə “Bayer”in futbolçusu Ulf Kristen bacarmışdı. Keçmiş hücumçu, Münhenqladbax “Borussiya”sı ilə bir mövsümdəki iki oyunda da het-trik etmişdi.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi