Kubokun bombardirləri

Kubokun bombardirləri
XƏBƏR 20 May 2020 / 11:40 1046
-  A +

Azərbaycan kubokunda 2005/06 mövsümündə debüt edən “Qəbələ” indiyədək keçirdiyi 66 matçda 112 qol vurub.

Qol.az klubun saytına istinadən xəbər verir ki, bunlardan ikisi rəqiblərin avtoqoludursa, digər toplara “qırmızı-qaralar”ın 56 oyunçusu imza atıb.

Komandanın kubokdakı ən məhsuldar futbolçusu Kənan Kərimovdur. Onun aktivində 7 qol var. Filip Ozobiç 6, Vüsal Qarayev 5 dəfə fərqlənib. Daha 5 oyunçu üçdən çox qola imza atıb. Onların hərəsi 4 dəfə rəqib qapısına yol tapıb. Hazırda “Qəbələ”nin formasını geyinənlər arasında rekordçu Klesio Baukdur. O, cəmi 2 matçda iştirak etsə də, 3 qolun müəllifidir.

 

Azərbaycan kubokunda 3 və daha çox qol vuranlar

1. Kənan Kərimov - 7

2. Filip Ozobiç - 6

3. Vüsal Qarayev - 5

4-8. Viktor Mendi - 4

 İbrahim Hüseynov - 4

 Daniel Subotiç - 4

 Aleksey Qay - 4

 Baqali Dabo – 4

9-15. Dodo - 3

Samir Zərgərov - 3

Stiven Monroz - 3

Ruslan Qurbanov - 3

Ermin Zets - 3

Davit Volkov - 3

Klesio Bauk - 3

 

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi