"Borussiya" Emre Canı birdəfəlik aldı - Rəsmi

"Borussiya" Emre Canı birdəfəlik aldı - Rəsmi
DÜNYA FUTBOLU 19 Fevral 2020 / 00:17 3759
-  A +

"Borussiya" "Yuventus"dan yanvarda icarəyə götürdüyü Emre Canı birdəfəlik alıb.

Qol.az Dortmund təmsilçisinin saytına istinadən yaydığı xəbərə görə, 26 yaşlı yarımmüdafiəçi ilə 2024-cü ilin iyununa kimi müqavilə imzalanıb. Müqavilənin iyulun 1-i qüvvəyə minəcəyi bildirilib.

Bu transfer üçün Almaniya klubunun 25 milyon avro təzminat ödədiyi vurğulanıb.

Qeyd edək ki, E.Can "Borussiya"da 2 matçda 1 qol vurub.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi