"Zirə"nin göndərdiyi hücumçudan debüt matçında het-trik

"Zirə"nin göndərdiyi hücumçudan debüt matçında het-trik
XƏBƏR 28 Yanvar 2020 / 00:30 6535
-  A +

"Zirə"dən ayrılan Soni Nordenin Malayziyanın "Melaka Yunayted" klubunda debütü uğurlu alınıb.

Qol.az xəbər verir ki, haitili hücumçu "Negeri Sembilan" ilə yoxlama matçında het-trik edib. 30 yaşlı futbolçu 5, 55 və 66-cı dəqiqələrdə fərqlənib. Qarşılaşma "Melaka Yunayted"in 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Norde 2019-cu ilin yayında "Zirə"yə keçmişdi. Qəsəbə təmsilçisi qış fasiləsində hücumçunun müqaviləsini qarşılıqlı razılaşma əsasında pozmuşdu.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi