"Zirə" daha bir legioneri ilə yolları ayırdı

"Zirə" daha bir legioneri ilə yolları ayırdı
ÖLKƏ FUTBOLU 27 Yanvar 2020 / 12:45 2801
-  A +

"Zirə" daha bir futbolçusu ilə yolları ayırıb.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, Robin Nqalandenin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Malavi millisinin hücumçusunun "Zirə" ilə mövsümün sonuna qədər sözləşməsi var idi. O, ötən ilin yanvar ayından paytaxt təmsilçisində çıxış edirdi.

Qeyd edək ki, "Zirə" qış fasiləsində haitili Soni Norde ilə də yolları ayırıb.

Daha çox


Son xəbərlər