"Hələ tam istədiyimiz performansda deyilik" - Qurban Qurbanov

"Hələ tam istədiyimiz performansda deyilik" - Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 26 Yanvar 2020 / 00:41 4833
-  A +

"Bu gün iki oyun keçirdik. Məğlubiyyətə baxmayaraq, komandadan razı qaldım. Bütün futbolçular demək olar, 90 dəqiqə meydanda oldular. Hər iki komanda bizim üçün çox yaxşı rəqib oldu. Yaxşı pressinq edib, mübarizə aparırdılar. Bu amillər toplantının sonlarında çox vacib idi".

Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Çexiyanın “Siqma” (1:3) və Polşanın “Visla” (2:3) klublarına qarşı keçirdikləri yoxlama oyunlarını şərh edərkən klubun saytına deyib

"Görüşlərdən və futbolçuların oyunlara yanaşmasından razı qaldım. Bundan əlavə, hazırlığımız pis keçmədi. Düzdür, son bir neçə gündə yorğunluq var idi. Futbolçularda daha çox psixoloji yorğunluq hiss edilirdi. Hər bir futbolçu ən yaxşısını etməyə çalışdı. Hazırlıqdan razı qaldım. Hələ tam istədiyimiz performansda deyilik. Düşünürəm ki, Bakıda bunun davamını mütləq gətirəcəyik. Çempionata daha da yaxşı hazırlaşmaq üçün bir həftəyə yaxın vaxtımız var. Bu imkandan çalışıb, maksimum istifadə edəcəyik" deyə o bildirib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi