"Uğursuz çıxışdan sonra dünya çempionatına getmək şansımızı itirmişdik. Amma indiyədək seçmə mərhələdə yaxşı oyun sərgiləmişik. 2016-dakı uğuru təkrarlamaq və bu böyük turnirin həyəcanını yenidən yaşamaq istəyirik".
Qol.az-ın “Telegraph” nəşrinə istinadən yaydığı xəbərə görə, bu sözləri Uels yığmasının yarımmüdafiəçisi Aaron Remsi Avro-2020-nin seçmə mərhələsində Bakıda millimizi məğlub etdikləri oyun (2:0) haqda danışarkən deyib.
O, Azərbaycanla oyunun Avropa çempionatına vəsiqə yolunda çox vacib olduğunu deyib:
“Qazanmaq üçün hər şeyi etdik. Azərbaycan kimi ölkələrə səfərdə oynamaq həmişə çətin olur. Xorvatiya Bakıya getdi və xal itirdi. Bu səbəbdən Bakıdakı oyunun nə qədər çətin olacağını bilirdik”.
Qeyd edək ki, Britaniya təmsilçisi yığmamıza 2:0 hesabı ilə qalib gələrək qitə birinciliyinə vəsiqə şansını artırıb. Uels son matçda sabah Macarıstan üzərində qələbə qazanarsa, qrup ikincisi kimi, Avropa çempionatına yollanacaq.
“Roma” Türkiyə millisinin üzvünü komandada saxlayacaq
Güləşçimiz dünya çempionatının finalına vəsiqə qazandı
“Yuventus” Ruqaninin müqaviləsini uzatdı - Rəsmi
“Futbolçu 23 yaşdan sonra millidə oynamamalıdır”
“Beşiktaş” Cengizi birdəfəlik alır
Kenan Yıldız: “Özümü onunla müqayisə etməyi sevmirəm”
“Qarabağ” İspaniyaya getdi - Şəkillər
“Reyncers” yeni baş məşqçisini tapdı - Danni Rohl gəlir
Millimiz 23 futbolçu ilə Qazaxıstana gedir
"Atletik"dən "Yaşa Azərbaycan" paylaşımı - Video
Klopp "Mançester Yunayted"ə niyə "yox" deyib?
"Neftçi”nin ikinci qolunda ofsayd var idi" - Felipe Santos
Arteta: "Arsenal" dünyanın ən böyük klubudur"
Xabi Alonso: “Real” Mbappedən asılı deyil
“Qarabağ” "San Mames"də dəstəksiz qalmayacaq
Daha 5 boksçumuz 1/4 finalda - Avropa çempionatı
Salah niyə yaxşı formadan uzaq düşüb?
Leroy Mikels: “Bir məğlubiyyət dünyanın sonu deyil”
La Liqanın prezidentindən jurnalistə sərt cavab
Qurban Qurbanov: "Qarabağ" birinci evimdir" - Video
"Qəbələ"dən hakimin qərarına etiraz - Video
"Atletik" - "Qarabağ" oyununun hakimləri açıqlandı