"Təmkin Xəlilzadənin davranışını araşdıracağıq" - "Sabah"ın məşqçisi

"Təmkin Xəlilzadənin davranışını araşdıracağıq" - "Sabah"ın məşqçisi
XƏBƏR 19 Oktyabr 2019 / 21:55 4283
-  A +

"Sabah"ın məşqçisi Rövşən Babayev Azərbaycan Premyer Liqasının 8-ci turunda "Keşlə" ilə bərabərə qaldıqları oyunu (1:1) şərh edib.

Qol.az-ın məlumatına görə, o, matçla bağlı söyləyib: "Azarkeşlərimizə və futbolçularımıza təşəkkür edirəm. Çalışdıq ki, baxımlı oyun nümayiş etdirə. Komandada heç bir problem yoxdur. Hamımız bir qədər də artıq çalışmalıyıq".

R.Babayev oyun başa çatandan sonra  "Sabah"ın futbolçusu Təmkin Xəlilzadənin referi Kamal Umudlunu vurmaq istəməsinə də münasibət bildirib: "Bu hadisəni araşdıracağıq, bundan sonra qərar verəcəyik. Şəxsi münasibətim isə mənfidir".

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi