"Foqts bu gün üçün Azərbaycanın ən yaxşı futbolçularını yığmaya cəlb edib"

"Foqts bu gün üçün Azərbaycanın ən yaxşı futbolçularını yığmaya cəlb edib"
ÖLKƏ FUTBOLU 21 Noyabr 2008 / 20:00 4226
-  A +

AFFA-nın sabiq baş katibi Çingiz İsmayılovun Azərbaycan milli komandasının Albaniyaya qarşı keçirdiyi yoldaşlıq görüşüylə bağlı Qol.Az saytına müsahibəsi

 - Yığmanın dünənki oyununu necə dəyərləndirirsiz?

- Yoldaşlıq oyunları keçirməyin öz məqsədləri var: ilk növbədə gənc oyunçuları sınamaq, müxtəlif kombinasiyaların üzərində işləmək. Dünənki matçda isə bizimkilərin əsas məqsədi qələbə qazanmaq idi. Düzdü, yoxlama oyunları reytinq cədvəlinə təsir edir və qələbə qazanmaqda vacibdi. Amma mən bir şeyi başa düşmədim, bizimkilər qarşılarına qoyduğu məqsədə çatdılar, ya yox? Uşaqlar pis oynamadılar. Amma təəssüf ki, çoxgedişli kombinasiya qura bilmədilər.

- Sizin dövrünüzlə müqayisədə millinin oyununda nə kimi dəyişikliklər var?

- Dəyişlik olub-olmadığını deyə bilmərəm. Əgər xatırlayırsınızsa, bizim dövrümüzjə yığmanın oyunçularının əksəriyyəti Ukraynada, İranda oynayırdılar. O vaxtı Serbiya və Çernoqoriyaya qarşı oynayanda millimizin heyətində on bir futbolçudan doqquzu legioner idi. Amma indi bir nəfər belə samballı klubda legioner həyatı yaşayan futbolçumuz yoxdu. Bunun əsas səbəbi Azərbaycanda futbola pulun çox buraxılmasıdı. Asan yolla pul qazanmağı üstün tuturlar. Albaniya yığmasının əksəriyyəti gənc oyunçular idi. Hələ bir-ikisi də gəlməmişdi. Albanlar məqsəd qoymuşdular ki, həm oyunçularını yoxlasınlar, həm də nəticə əldə etsinlər. İstədiklərinə də çatdılar.

- Berti Foqtsun işini necə, bəyənirsizmi?

- Foqts bu gün üçün Azərbaycanın ən yaxşı futbolçularını yığmaya cəlb edib. Mən Tərlan Əhmədovu da yığmada görmək istərdim. Çünki Tərlanın təcrübəsi çoxdu. Özü də bizim müdafiyə xəttində problemlərimiz var. Heç mərkəz xəttindəki oyunçuları da Foqts bəyənməməliydi.

- Dünənki oyunda yerli futbolçulardan kimisə bəyəndinizmi?

- Meydanda hamı can yandırırdı. Amma konret heç kimim adını çəkə bilmərəm. Bir tərəfdən oyundan razı qaldım, digər tərəfdən isə yox. Çünki matç ərzində bir dənə düşünülmüş kombinasiyanın şahidi olmadıq. Nə bizimkilər, nə də rəqiblər tərəfindən. Məncə, yığmaya futbolçu çağıranda yaşa yox, təcrübəyə üstünlük vermək lazımdı.

Kəmalə İSMAYILOVA

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi