"Rəqib öz meydanında oynayırdı. Atmosfer də bizə çətinlik yaradırdı. İstənilən halda, qələbəyə layiq oyun göstərdik. İlk qol hər şeyi dəyişdi və ondan sonra növbəti qolları vurmaq asanlaşdı"
Qol.az xəbər verir ki, bu sözləri "Sevilya"nın baş məşqçisi Xulen Lopeteqi Avropa Liqasının qrup mərhələsinin ilk turunda Bakıda "Qarabağ"a qalib gəldikləri oyundan (3:0) sonra mətbuat konfransında deyib.
- Gözlədiyiniz “Qarabağ”ı gördünüzmü?
- Təcrübəli komanda olması hiss olunurdu. Çox çalışmış bir komandadır. Gözlədiyim “Qarabağ”ı gördüm.
- Qrupun digər oyununda “Düdelanj” APOEL-ə qalib gəldi. Püşkdən sonrakı fikirlərinizlə ilk oyunlardan sonrakı fikirləriniz eynidir?
- Futbolda təəccüblü heç nə yoxdur. Heç vaxt öncədən “qələbə qazanmışam” düşüncəsində olmamalısan.
- Kimdən və nədən razı və narazı qaldınız?
- Hər hansı bir futbolçunu qeyd etmək istəməzdim. Komanda şəklində yaxşı bir kollektivə qalib gəldik.
- Hesab komandalar arasında fərqi göstərdimi? Ümumiyyətlə, “Qarabağ” barədə fikirləriniz necədir?
- APOEL-lə “Qarabağ”ın hər iki oyununu izləmişəm. “Qarabağ” onları yarışdan kənarlaşdıra bilərdi. Eyni zamanda, APOEL də “Ayaks”ı kənarlaşdıra bilərdi. Bu üzdən elə bir fərq deyə bilmərəm.
- 10 ildən sonra “Qarabağ”a öz meydanında 3 qol vurmaq necə hissdir?
- Bu statistika barədə məlumatım yox idi. APOEL-ə 0:2 hesabı ilə uduzduğu oyunda da “Qarabağ” kifayət qədər qol vəziyyətləri yaratmışdı.
- Həftəsonu La Liqada “Real”a uduzsanız, bunu uzaq səfər və “Qarabağ”a qarşı oyunla əlaqələndirəcəksiniz?
- “Real”la bağlı sabah danışarıq.
Xusanov ata oldu - Video
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq
"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd
Mbappe bu xəbəri yalan adlandırdı
4 min dollara bilet olar? - FİFA-dan şikayət edildi