“Artıq Ukraynada özümə ev almışam” – Qvardiola

“Artıq Ukraynada özümə ev almışam” – Qvardiola
DÜNYA FUTBOLU 18 Sentyabr 2019 / 13:02 6209
-  A +

Xosep Qvardiola baş məşqçi kimi Ukraynanın  “Şaxtyor” klubu ilə tez-tez qarşılaşmasına münasibət bildirib.

Qol.az-ın xəbərinə görə, hazırda “Mançester Siti”ni çalışdıran Pep keçirdiyi mətbuat konfransında deyib ki, o, “Barselona” və “Bavariya”da işləyəndə də Donetsk təmsilçisi ilə oyunlar üçün Ukraynaya səfər edib: “Bu dəfə isə məşqçisi olduğum “Mançester Siti” “Şaxtyor”la qarşılaşır”.

“Onlarla qarşılaşmaq sizi bezdirməyib ki” sualına Qvardiola gülərək belə cavab verib: “Mən artıq Ukraynada özümə ev almışam. Demək olar, hər mövsüm bura gəlirəm. Ukrayna xoşuma gəlir”.

Xatırladaq ki, bu gün Çempionlar Liqasının qrup mərhələsində “Şaxtyor” Xarkov şəhərində “Mançester Siti” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23.00-da başlanacaq.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi