“35 yaşında deyiləm ki, Azərbaycana gedim” - Gürcüstan millisinin üzvü

“35 yaşında deyiləm ki, Azərbaycana gedim” - <b style="color:red"> Gürcüstan millisinin üzvü</b>
ÖLKƏ FUTBOLU 20 May 2019 / 12:26 5846
-  A +

"Azərbaycan, Qazaxıstan, Moldova və Asiya ölkələrindən təkliflərim var. Mənə daha çox pul təklif edirlər. Ancaq mən hələ gəncəm, 24 yaşım var, 35 yaşda deyiləm ki".

Qol.az xəbər verir ki, bu sözləri İsveçrənin "Lüzern" klubunun yarımmüdafiəçisi  Valeriana Qviliya Qazaxıstanın sports.kz saytına açıqlamasında deyib.

Gürcüstan millisinin üzvü gənc yaşda çox pul müqabilində Asiya ölkələrinin klublarında oynamağı düzgün hesab etmədiyini bildirib: "Başqası belə gənc yaşda bu cür çempionatlara gedirsə, deyəcək sözüm yoxdur. Ancaq bu, mənim seçimim deyil. Hazırda ən yaxşı çempionatda oynamaq üçün əlimdən gələni etməliyəm. Asiya ölkələrinə qaçmayacam, bunu gələcəkdə də edə bilərəm".

Qeyd edək ki, 2016-cı ildən Gürcüstan millisində çıxış edən Qviliya karyerası ərzində "Mettalist" (Ukrayna) və Belaurusun "Minsk" və BATE klublarında oynayıb.

 

 

Daha çox


Son xəbərlər
25.08.19  10:56

99 yox, 95 faiz

25.08.19  00:30

Salahdan dubl - Video