Ayaz "Spartak"da ilk qolunu vurdu

Ayaz "Spartak"da ilk qolunu vurdu
DÜNYA FUTBOLU 22 Aprel 2019 / 00:32 4006
-  A +

"Spartak"ın yarımmüdafiəçisi Ayaz Quliyev Moskva klubunda qol hesabını açıb.

Qol.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Rusiya Premyer Liqasının 24-cü turunun "Yenisey"lə oyununda fərqlənib. 22 yaşlı oyunçu 2:0 hesabı ilə qalib gəldikləri matçda komandasının sonuncu qolunu vurub. Ayaz görüşün 83-cü dəqiqəsində rəqib qapısına yol tapıb.

Qeyd edək ki, Quliyev bir neçə gün öncə Moskvada amerikalı turistin burnunu sındırdığı üçün əvəzedici komandaya göndərilmiş, üzr istədikdən sonra isə əsas heyətə qaytarılmışdı.


Son xəbərlər