"Liverpul" yorğun deyil

"Liverpul" yorğun deyil
DÜNYA FUTBOLU 21 Aprel 2019 / 17:47 2726
-  A +

"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandasının mövsümün həlledici hissəsi üçün hazırlığını dəyərləndirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, almaniyalı mütəxəssis futbolçuların yorğun olmadığını bildirib:

"Yorğun deyilik. Qarşıda bizi mövsümün həlledici hissəsi gözləyir. Həm Çempionlar Liqası, həm də Premyer Liqada çempionluq uğrunda mübarizə aparırıq. Bu, bizim uğurumuzun göstəricisidir. Hələlik məşqlərimiz yüngül keçir. Futbolçuları çox yükləyə bilmərik. "Barselona" ilə oyuna qədər vaxtımız var. Ona kimi "Kardiff Siti" və "Haddersfild"lə matçlarımız olacaq. Digərləri kimi, həmin görüşlər də bizim üçün vacibdir".

Qeyd edək ki, "Liverpul" "Kardiff Siti" ilə bu gün qarşılaşacaq. "Barselona" ilə Çempionlar Liqasının yarımfinal mərhələsindəki oyunlar isə mayın 1-i və 7-də olacaq.


Son xəbərlər